AZ

Suriyada məsciddə baş verən partlayışda beş nəfər həlak olub

Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində baş verən partlayış nəticəsində beş nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb. Bu barədə Suriya Səhiyyə Nazirliyinin fövqəladə tibbi yardım xidmətinin direktoru Nəcib Əl-Naasan “SANA” agentliyinə məlumat verib.

Təhlükəsizlik xidmətlərindən olan mənbənin agentliyə bildirdiyinə görə, ilkin məlumata əsasən, məscidə partlayıcı qurğular yerləşdirilib və sonradan onlar işə düşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məscidi mühasirəyə alıblar. Hazırda şübhəlilər müəyyən edilməyib.

Almaz Həsənli

Seçilən
37
oxumeni.az

1Mənbələr