Liviya hərbi nümayəndə heyətinin cənazələrinin paytaxt Tripoliyə çatmasından sonra Müdafiə Nazirliyində hərbi mərasim keçirilib.
Turkustan.az xəbər verir ki, baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu və Türkiyənin Tripolidəki səfiri Güvən Begeçin də qatıldığı mərasimdə çıxış edən Dibeybe bildirib ki, həyatını itirən hərbi heyət təkcə hərbi liderlər deyil, həm də müdriklik, intizam və məsuliyyət hissini təcəssüm etdirən dövlət xadimləri olub.
Dibeybe, mərhum hərbi heyətin ailələrinə başsağlığı verərək və onlara səbr diləyərək, "İstintaqın son dərəcə ciddi və məsuliyyətlə davam etdiyini və Türkiyə Respublikası ilə əməkdaşlıq çərçivəsində onu yaxından izlədiyimizi təsdiqləyirik" dedi.
Dibeybe mərasimdə iştirak edən bütün rəsmilərə, xüsusən də Türkiyə və digər ölkələrdən olanlara təşəkkür etdi və bu kədərli gündə onlarla birlikdə oldu.
Aytən Yaşar/ Turkustan.az