AZ

DƏQİQLƏŞDİ! 500 min dollar qarşılığında Azərbaycanı Çinə dəyişir

“Turan Tovuz”un qış fasiləsində əsas fiqurlarından biri olan Aleks De Souzanı itirəcəyini xəbər vermişdik.

Xaricdən yaxşı təkliflər alan hücumçu Kurban Berdiyevin israrına rəğmən getməyi seçib.

Braziliyalı legioneri buna görə qınamağa da dəyməz.

Onun əlinə bəlkə də karyerasında bir daha görməyəcəyi şans düşüb.

Çin klubu 24 yaşlı legionerə 500 min dollarlıq təklif göndərib.

2 illik anlaşma üçün.

Aleks bu cür təklifdən imtina etməyi ağlından belə keçirmir.

Keçiddən Qərb təmsilçisi də müəyyən gəlir əldə edəcək.

Maraq üçün bildirək ki, cənubi amerikalı bölgə klubuna 2024-cü ilin yanvarında qoşulub. Onun burada aylıq ilk maaşı cəmi 6-7 min manat civarında olub.

Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr