
Argentinalı futbolçu Lionel Messi “Barselona”ya qayıda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Bildirilib ki, Messi futboldan ayrıldıqdan sonra idarə heyətinə dəvət oluna bilər. Bu variant Kataloniya klubu daxilində müzakirə olunur.
Qeyd edək ki, Messi 2003-2021-ci illərdə böyüklərdən ibarət komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi, 2022-ci ildə Argentina ilə Dünya Kubokunun qalibi, iki dəfə Amerika Kubokunun qalibi və səkkiz dəfə “Qızıl top”un qalibi olub.