AZ

“Milan”ın hücumçusu ərəblərin təklifi ilə maraqlanmır

“Milan”ın hücumçusu Kristofer Nkunku Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, karyerasını İtaliyada davam etdirmək istəyir.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard aldığı təklifləri rədd edib və Yaxın Şərqə transfer olunmağı düşünmür. O, hazırda “Milan”da qalmaq niyyətindədir.

Qeyd edək ki, Nkunkunun bazar dəyəri 32 milyon avrodur. 28 yaşlı futbolçu bu mövsüm 14 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Onun “Milan”la müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Seçilən
21
idmanxeber.az

1Mənbələr