AZ

Səudiyyə Ərəbistanı klubları braziliyalı Joelintonla maraqlanır

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl” adı açıqlanmayan bir neçə Səudiyyə Ərəbistanı klubundan braziliyalı Joelintonun transferi ilə bağlı təkliflər alıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumameyilli futbolçu da Yaxın Şərqə köçməyə qarşı deyil.

Öz növbəsində “Nyukasl” da onunla yolları ayırmağa müsbət yanaşır. Lakin klub rəhbərliyinin mövqeyinə əsasən, kompensasiya məbləği ingilisləri tam şəkildə qane etməlidir.

Məlumat üçün əlavə edək ki, cari mövsümdə futbolçu bütün turnirlər üzrə 21 oyunda iştirak edib və üç qol vurub. “Transfermarkt” portalının məlumatına görə, onun transfer dəyəri 30 milyon avro təşkil edir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
1
icma.az

2Mənbələr