AZ

"Mançester Siti"nin müdafiəçisi "Real Madrid"ə təklif olunub

"Mançester Siti" mərkəz müdafiəçisi Natan Akeni satışa çıxarıb.

Redaktor.az "Defensa Central"a istinadən xəbər verir ki, futbolçu meneceri tərəfindən "Real Madrid"ə təklif edilib.

Məlumata görə, ingilis klubu 30 yaşlı futbolçunun mümkün satışından 30 milyon avro qazanmaq istəyir. "Şəhərlilər" Akeni klubdan azad agent kimi buraxmaq istəmir.

Lakin hazırda "Real Madrid" "Mançester Siti"nin müdafiəçisinə güclü maraq göstərmir. "Barselona" Ake üçün daha real namizəd hesab olunur.

Qeyd edək ki, Natan Akenin klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 18 milyon avro olaraq göstərilib.

Seçilən
59
redaktor.az

1Mənbələr