"Real Madrid"in prezidenti Florentino Peres Zinəddin Zidanın yenidən komandanın baş məşqçisi olmasını istəyir.
Peres Zidanı kluba geri gətirməkdə israrlıdır.
Fransalı mütəxəssisin 2026-cı il dünya çempionatından sonra millinin baş məşqçisi olacağı deyilsə də, "Real Madrid" rəhbərliyi onu bu fikrindən yayındırmaq istəyir. Florentino Peres 2026-cı ildən etibarən komandanı Zidana tapşırmağı düşünür.
Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2013-2014, 2016-2018 və 2018-2021-ci illərdə "Real Madrid"in baş məşqçisi olub.