AZ

"Liverpul" PSJ-nin hücumçusunu icarəyə götürmək istəyir

“Liverpul” mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir.

"Unikal" xarici KİV-ə istinadın xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün transfer bazarına çıxmağa məcbur qalıb.

Portuqaliyalı forvardın Paris klubu ilə mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

“Transfermarkt” portalı onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində 23 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
93
4
unikal.az

6Mənbələr