AZ

Rusiyanın gənclər millisinin sabiq futbolçusu Moskva vilayətində güllələnib

Rusiyanın futbol üzrə gənclər millisinin sabiq üzvü Layonel Adams Moskva vilayətində ağır hücuma məruz qalıb.

İdman.Biz xəbər verir ki, “Sport Baza”nın məlumatına görə, insident Moskva küçəsində yerləşən “GecəGündüz” bufetində baş verib.

L. Adams dostları ilə istirahət edərkən təxminən on nəfərdən ibarət qrup onlara yaxınlaşıb.

Əvvəlcə futbolçunun milliyyəti ilə bağlı mübahisə yaranıb.

Daha sonra hücum edənlərdən biri tapança çıxararaq Adamsa atəş açıb.

Bundan sonra digər şəxslər də keçmiş futbolçunu döyməyə başlayıblar.

Layonel Adams dodaqlarının cırılmış yaraları və güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Layonel Adams karyerası ərzində Moskvanın gənclərdən ibarət Mərkəzi Ordu İdman Klubunda ,Krasnoyarsk “Yenisey”ində, Naberejnıye Çelnının “Kamaz” klubunda, eləcə də Qazaxıstan, Belarus və İspaniya klublarında çıxış edib, həmçinin Rusiyanın U-18 millisində də oynayıb.

İdman.Biz
Məqalədə:
Seçilən
26
1
idman.biz

2Mənbələr