AZ

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya hökmünü həbsdə gözləyəcək

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Baçana Axalaya barəsində həbs qətimkan tədbiri seçib. O, 2025-ci il oktyabrın 4-də Tbilisidə Gürcüstan Prezident Administrasiyasının binasına hücum cəhdi zamanı qrup halında zorakılığın təşkili və idarə olunmasında ittiham olunub.

Bizimyol.info xəbər verir ki, sabiq nazirin barəsində ilkin həbs tədbirinin seçilməsi ilə bağlı vəsatəti Gürcüstan Prokurorluğu qaldırıb. Prokurorluq bunu Axalayının ölkəni tərk edə biləcəyi və ya iş üzrə sübutları məhv etməsi ehtimalı ilə əsaslandırıb.

İstintaqın versiyasına görə, Baçana Axalaya mobil texniki rabitə vasitələrindən istifadə edərək 2025-ci il oktyabrın 4-də keçirilən etiraz aksiyasının təşkilat komitəsinin üzvləri – Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mandjgaladze, Laşa Beridze və digər şəxslərin cinayət xarakterli əməllərini təşkil edib və şəxsən onlara rəhbərlik edib.

Xüsusilə, Axalaya Gürcüstanın konstitusion quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsi çağırışlarını, eləcə də Prezident Administrasiyasının binasının ələ keçirilməsi cəhdini təşkil etməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, Paata Burçuladze, Murtaz Zodelava və İrakli Nadiradze Baçana Axalayının birbaşa rəhbərliyi və təşkilatçılığı ilə hakimiyyətə qarşı aqressiv mövqedə olan vətəndaşların səfərbər edilməsi, toplanması və zorakılıq əməllərinə cəlb olunması məqsədilə yerli özünüidarəetmə orqanlarına seçkilərdən bir neçə gün əvvəl Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsi ilə bağlı açıq çağırışlar ediblər.

İttiham aktında qeyd olunur ki, “yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirildiyi gün – 4 oktyabrda təqsirləndirilən şəxslər və digər şəxslər Baçana Axalayının təşkil etdiyi və rəhbərlik etdiyi qrup halında zorakılıq əməlləri törətmək qərarına gəliblər”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr