Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirib.
İdmanxeber.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, PSJ-nin baş məşqçisi Luis Enrike 222 xalla siyahıya başçılıq edib.
İkinci pillədə 60 xalla “Çelsi”nin çalışdırıcısı Entso Mareska yer alıb. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik isə 57 xalla üçüncü olub.
İlk “beşliy”i “Bavariya”dan Vensan Kompani (42 xal) və “Arsenal”dan Mikel Arteta (24 xal) tamamlayıb.