İspaniyalı keçmiş FIFA referisi Xavyer Estrada Fernandes, "Real"ın sabiq futbolçusu Kriştianu Ronalduya qırmızı vərəqə göstərdiyi üçün cəzalandırılıb.
Offsideplus.az “Sport.es"ə istinadən xəbər verir ki, bu barədə hakim özü bildirib.
Keçmiş referinin sözlərinə görə, 2009-cu ildə baş verən həmin hadisədən sonra o, iki il müddətinə Madrid klubunun oyunlarını idarə etməkdən uzaqlaşdırılıb:
“Həmin oyundan sonra evə qayıdanda Sançes Arminio mənə zəng etdi. O dedi ki, baş verənlər xoşuna gəlməyib, bu epizod bütün idman qəzetlərinin manşetində olacaq və bunun müəyyən nəticələri olacaq. Futbolun insanların bilmədiyi və ya bilmək istəmədiyi qaranlıq tərəfi var, bəziləri bundan öz məqsədləri üçün istifadə edirlər”.
Qeyd edək ki, K.Ronaldu 2009/2010 mövsümündə La Liqanın XII turunda baş tutan "Real" - "Almeria" (4:2) matçının 88-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra meydandan qovulmuşdu.