BAKI, 27 dekabr. TELEQRAF
2025-ci il ərzində transfer dəyərini ən çox artıran futbolçu “Bayer Münhen”in futbolçusu Miçel Olise olub.
Teleqraf xəbər verir ki, fransız ulduz, il ərzində 65 milyon avroluq artım edərək dəyərini 130 milyon avroya çıxarıb.
İlin sürpriz yüksəlişi isə Nick Voltemadedən olub. Alman oyunçu ilə yalnız 7,5 milyon avro bazar dəyəri ilə başlayaraq mövsüm sonunda 70 milyon avroya çatıb.
Portuqaliyalı yarımmüdafiəçi Vitinha isə 100 milyon avro bazar dəyərinə yüksəlib. Siyahıda “Real Madrid”in türkiyəli oyunçusu Arda Gülər isə 45 milyon avro bazar dəyəri ilə mövsümə başlayaraq, performansı sayəsində dəyərini ikiqat artıraraq 90 milyon avroya çatdırıb.
Arda həmçinin,. bu səviyyəyə çatan ilk türk futbolçu olaraq Türkiyə futbol tarixində adını yazdırdı. Arda Güler isə mövsüm ərzində göstərdiyi performansın qarşılığını alaraq 7-ci sırada yer aldı.