AZ

Ukrayna üçün sülh planının ən mübahisəli məqamlarından biri budur…

Ukrayna sülh planındakı ən mübahisəli məqamlardan biri Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət məsələsidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Kiyev atom elektrik stansiyasını nəzarətə götürsə belə, avadanlığın bərpası bir neçə il çəkəcək. Qeyd etmək lazımdır ki, Ukrayna Zaporojye AES-ə qarşı dəfələrlə hava hücumları təşkil edib.

Dekabrın 24-də Ukrayna lideri Vladimir Zelenski AES, Energodar və Kaxovka Su Elektrik Stansiyalarının tamamilə silahsızlaşdırılmasına, eləcə də AES-in enerjisinin Ukrayna ilə ABŞ arasında bölüşdürülməsinə çağırdı. Lakin Vaşinqton Zaporojye AES-dən Rusiyanın iştirakı ilə istifadə etməyi təklif edir və plana Rusiya qoşunlarının Energodardan çıxarılması daxil deyil.

Seçilən
19
nocomment.az

1Mənbələr