AZ

Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN

Bakı. Trend:

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş ƏrəbƏmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması,təhlükəsizliyin möhkəmləndirilməsi və sabitliyin təşviqiistiqamətində atdığı addımları alqışlayır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəpaylaşdığı açıqlamada qeyd olunub.

Açıqlamada vurğulanıb ki, Yəməndəki hazırkı vəziyyət təmkinnümayiş etdirməyi, birgə səylərə, dialoqa və münaqişənin sülh yoluilə həllinə üstünlük verilməsinin vacibliyini göstərir.

Bildirilib ki, Azərbaycan Yəmən Respublikasının birliyi,suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir,həmçinin ölkədə davamlı sülhün, rifahın və inkişafın təmin olunmasınaminə yəmən xalqının maraqlarının qorunmasına yönələn bütüntəşəbbüsləri yüksək qiymətləndirir.

Seçilən
76
4
az.trend.az

5Mənbələr