AZ

Sudanda 200 nəfər bu səbəbdən dolayı öldürülüb

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sudanın hərbiləşdirilmiş birləşmələri - Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmələr nəticəsində 200-dən çox şəxs öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali və Qərbi Darfurun bəzi bölgələrində üsyançılar mülki əhalini etnik mənsubiyyətə görə məqsədli şəkildə öldürüb.

Sudanın həkimlər təşkilatı bu hücumları beynəlxalq humanitar hüquq və insan haqları normalarının kobud pozuntusu kimi qiymətləndirib.

Çevik Reaksiya Qüvvələrinin nümayəndələri hələ ki heç bir açıqlama verməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
axar.az

1Mənbələr