AZ

Yasamalda itmiş azyaşlı oğurlanıb? Açıqlama

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ötən gün Yasamal rayonu ərazisində itmiş azyaşlının oğurlanması ilə bağlı səsləndirilən iddialar təsdiqini tapmayıb".

Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, qısa zamanda onun valideynləri tapılaraq ailəsinə təhvil verilib.

"Ötən gün Yasamal rayonu ərazisində yerləşən avtobus dayanacağında nəzarətsiz azyaşlının olması barədə polisə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin dayanacağa yaxınlaşıblar və azyaşlı qeyd olunan ünvandan götürülüb. Qısa zamanda onun valideynləri tapılaraq ailəsinə təhvil verilib. Azyaşlının oğurlanması ilə bağlı səsləndirilən iddialar araşdırma zamanı təsdiqini tapmayıb", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
www.bakupost.az

3Mənbələr