AZ

Nazim Eynallı: "Yol infrastrukturu dövlət siyasətinin prioritetidir" » AzadMedia.az

Nazim

Bu yaxınlarda AAYDA-nın geniş Kollegiya iclası keçirildi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası ölkədə yol infrastrukturunun inkişafının ardıcıl və sistemli şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi.
Bu kontekstdə AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallının rəhbərlik etdiyi kollektivin fəaliyyəti xüsusilə diqqət çəkir.

Görülən işlər, qarşıda duran vəzifələr və dövlətin yol təsərrüfatına göstərdiyi diqqət barədə Nazim Eynallı ilə müsahibəni təqdim edirik:



– Nazim müəllim, AAYDA-nın 2025-ci ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında səslənən göstəriciləri necə dəyərləndirirsiniz?

– Bu rəqəmlər təsadüfi deyil. Prezident İlham Əliyevin yol infrastrukturuna xüsusi diqqəti, Agentliyin sədri Saleh Məmmədovun prinsipial və tələbkar idarəetmə üslubu nəticəsində yol təsərrüfatı sahəsində real dönüş yaranıb. Kollegiya iclasında təqdim olunan faktlar göstərdi ki, görülən işlər planlı, şəffaf və nəticəyönümlüdür. Biz də yerlərdə bu dövlət siyasətinin icraçıları kimi üzərimizə düşən məsuliyyəti dərk edirik.
İclasda Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən səsləndirilən rəqəmlər və faktlar göstərdi ki, yol təsərrüfatı sahəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas dayaqlarından biridir.
Dövlət başçısının siyasi iradəsi və qayğısı nəticəsində Azərbaycan bu gün yol infrastrukturunun keyfiyyətinə görə MDB məkanında lider mövqedə qərarlaşıb, beynəlxalq reytinqlərdə isə ön sıralarda yer alır. Bu uğurlar yalnız mərkəzi icra strukturlarının deyil, eyni zamanda yerlərdə fəaliyyət göstərən yol istismar müəssisələrinin peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsidir.

– Rəhbərlik etdiyiniz müəssisənin əsas fəaliyyət istiqamətləri hansılardır?

– 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC respublika əhəmiyyətli və yerli əhəmiyyətli yolların istismarı, cari və əsaslı təmiri, eləcə də mövsümi risklərin aradan qaldırılması ilə məşğuldur. Xüsusilə qış aylarında yolların təhlükəsizliyinin təmin olunması bizim üçün prioritet məsələdir.

– İşğaldan azad edilmiş ərazilərdə aparılan yol layihələrində iştirakınız barədə nə deyə bilərsiniz?

– İşğaldan azad edilmiş torpaqlarda yol infrastrukturu bərpa prosesinin onurğa sütunudur. Bu ərazilərdə yolun çəkilməsi yalnız nəqliyyat məsələsi deyil, həm də iqtisadi, sosial və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. AAYDA-nın texnikası və mütəxəssisləri bu ərazilərdə aparılan işlərə cəlb olunub və biz bunu xidməti vəzifə ilə yanaşı, həm də mənəvi borc kimi qəbul edirik.

– Şamaxı rayonu iqlim şəraiti baxımından mürəkkəb bölgələrdəndir. Burada qış mövsümünə hazırlıq necə aparılır?

– Tamamilə haqlısınız. Şamaxı ərazisi xüsusilə qış aylarında intensiv qar yağışı və buzlanma ilə seçilir. Bizim kollektiv qış mövsümündə fasiləsiz rejimdə çalışır. Yollar vaxtında qardan və buzdan təmizlənir, təhlükəli sahələrə mütəmadi olaraq qum və duz səpilir. Məqsədimiz heç bir yolun bağlanmasına imkan verməməkdir.

– Bu işlərin arxasında hansı əsas amillər dayanır?


– Əsas amil dövlətin qayğısıdır. Prezident İlham Əliyevin yol təsərrüfatına göstərdiyi diqqət, Agentlik sədri Saleh Məmmədovun daim nəzarətdə saxladığı idarəetmə mexanizmi bizi daha məsuliyyətli işləməyə sövq edir. Texniki təminat, kadr potensialı və operativ qərarvermə imkanları məhz bu qayğının nəticəsidir.

– Şəxsi olaraq rəhbər kimi əsas prinsipiniz nədir?

– Mənim üçün əsas prinsip məsuliyyət və insan amilidir. Yol sadəcə asfalt deyil, insan həyatıdır. Bu düşüncə ilə çalışırıq. Hər bir əməkdaşımıza da bunu aşılayırıq ki, gördüyümüz işin arxasında minlərlə insanın təhlükəsizliyi dayanır.

– Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

– Qarşıda duran əsas vəzifə əldə olunan nəticələri qorumaq və daha da inkişaf etdirməkdir. Həm işğaldan azad edilmiş ərazilərdə, həm də Şamaxı və digər məsuliyyət zonalarımızda yolların ilboyu təhlükəsiz və rahat olmasını təmin etmək əsas məqsədimizdir.

Müsahibəni hazırladı: Xəlil Xəlilov















Seçilən
30
1
azadmedia.az

2Mənbələr