AZ

Zelenski: “Trampla görüşdə beş məsələni müzakirə edəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdə Rusiya ilə münaqişənin həlli üçün beş məsələni müzakirə edəcəklərini bildirib.

Oxu.AzTASS-a istinadən xəbər verir ki, o, Trampla danışıqlar zamanı ABŞ və AB-dən Kiyevə təhlükəsizlik zəmanətləri, Avropadan hərbi komponentlərin verilməsi və Ukraynanın inkişafı, bərpası planlarının müzakirə olunacağını deyib.

Zelenskinin sözlərinə görə, Kiyev və Vaşinqton ardıcıl tədbirlər planını ayrıca nəzərdən keçirəcəklər.

Ukrayna lideri bildirib ki, bütün məqamlara dair fikir mübadiləsi aparıldıqdan sonra ABŞ razılaşmaların nəticələrini Rusiya tərəfinə təqdim edəcək.

Qeyd edək ki, bu gün Zelenski Kanadaya gedib və oradan ABŞ-yə yollanacaq. Ağ Ev tərəfindən açıqlanan məlumata görə, Trampla Zelenski dekabrın 28-də Floridada görüşəcəklər. İkitərəfli görüş Palm-Biçdə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 00:00 – red.) başlayacaq.

Seçilən
18
50
editor.az

10Mənbələr