AZ

Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...


Sözün düzü, Ağsu sakinlərinin rayonun Mərkəzi Xəstəxanasının keçmiş direktoru Gülnarə Muxtarovanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə  təbrik etmək arzusu adamda müəyyən suallar, qəribə hisslər oyadır.

Niyə ?

Birincisi, Gülnarə xanım cəmi 1-cə il ( 2024-2025) Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işləyib. Yəni 1 ildə sakinlərin belə hörmətini, ehtiramını qazanmaq hər kəsə nəsib olmur. Onu da qeyd edək ki, Gülnarə xanım peşəkar həkim olmaqla yanaşı, həm də direktor olub, yəni səhiyyə məmuru olub.

Məmur deyən kimi adamın yadına KRESLO  gəlir.

Belə bir məşhur ifadə var: Adam var onu kreslo bəzəyir, hörmətə mindirir, adam da var ki, o əyləşdiyi kreslonu hörmətə mindirir.

Birincilər vəzifədən gedən kimi olub-qalan hörməti itirir, unudulur, ikinci məmurlar isə vəzifədən gedəndən də sonra unudulmur, həmişə hörmətlə yad edilir.

Ağsu sakinlərini hələ də Gülnarə xanımı xatırlaması, unutmaması, hətta onun bayramını təbrik etmək arzusu cəmiyyətə, dövlətə hörmət  hissi yaradır.

Deməli  xanım direktor 1-cə ildə oturduğu kreslonu hörmətə mindirib.

Ağsu sakinlərinin dediyinə görə, əslində xanım direktor kreslodan bərk-bərk yapışanlardan olmayıb, şəxsən özü xəstə sakinləri qəbul edib, onlara təmənnasız kömək edib. Şəhid və Qarabağ qazilərinin ailələrinə nəinki həkim, hətta ana qayğısı ilə yanaşıb.

Yəni cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi XALQIN XİDMƏTİNDƏ OLUB. 

Ağsu   sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn Həmrəylik və Yeni il bayramlarını təbrik edir, ona cansağlığı arzulayırlar. Və ümid edirlər ki, xalqına xidmət edən  belə bir peşəkar, qayğıkeş həkim yenidən XALQINA XİDMƏT EDƏCƏKDİR.

Məlumat üçün qeyd edə ki, Gülnarə Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.

1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.

2024-2025-ci illərdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.

 


Seçilən
14
nuh.az

1Mənbələr