AZ

Millinin baş məşqçisi "Sabah"ın legionerinə zəng vurub

style='margin-bottom:10px;'>

“Sabah” futbol klubunun müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin baş məşqçisi Adrian Mejevski ilə söhbətindən danışıb.

QOL.az xəbər verir ki, o, bu barədə Polşa mətbuatına müsahibəsində danışıb. Polşalı futbolçu bildirib ki, “Sabah”la müqavilə imzalamazdan əvvəl milli komandanın baş məşqçisi ona zəng edib:

“Ümumilikdə, mən milli komandanın maraq dairəsindəyəm. Çünki Polşada sol cinah müdafiəçiləri çox deyil. Buna görə də şansım var, əsas odur ki, yaxşı oynayım”.

Puxaç əlavə edib ki, “Sabah”a keçməzdən öncə Bratislava “Slovan”ından konkret təklifi olub:

“Oraya keçmək istəyirdim, demək olar ki, hər şey razılaşdırılmışdı. Amma transfer bazarında belə hallar olur, birdən-birə kimsə sənin yerini tutur”.

Qeyd edək ki, Timoteuş Puxaç bu mövsümdən “Sabah”ın formasını geyinir.

Seçilən
71
3
teleqraf.com

4Mənbələr