Türkiyədə fəaliyyət göstərən Azərbaycan Həkimlər Dərnəyi təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü həsr olunmuş rədbir keçirilib.
Bu barədə məlumatı Newscenter.az-a Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva verib. Bildirib ki, bu anlamlı gündə mərhum Azərbaycan şair və yazıçısı Bəxtiyar Vahabzadənin "Yağışdan Sonra" tamaşası Cəfər Cabbarlı Teatrında nümayiş etdirilib və böyük maraqla izlənilib:
"Tamaşa həkimlərimiz və hörmətli qonaqlarımız tərəfindən təqdir edildi, heyranlıqla izlənildi".
Günay Əliyeva, "Romu Restoranının sahibi və dəyərli iş qadını Damla xanım tədbirin təşkilinə əhəmiyyətli töhfələr verdi, tədbirin uğurlu baş tutması üçün səylərini əsirgəmədi. Azərbaycan Həkimlər Dərnəyi tərəfindən təşkil edilən bütün əvvəlki tədbirlərdə olduğu kimi, bu tədbir də yüksək keyfiyyəti, məzmunlu, birlik və bərabərlik ruhuna uyğun keçirildi və həkimlərimiz tərəfindən yüksək qiymətləndirildi.
Tədbirimizdə iştirak etdikləri üçün Üsküdar Bələdiyyəsinin sədr müavini Tahsin Ustaya, Şimali Kipr Türk Respublikası Konsulluğunun nümayəndəsi Ülke Alemdar xanıma təşəkkürümüzü bildiririk. Həmçinin teatr səhnəsinin reallaşmasında verdikləri töhfələrə görə Cəfər Cabbarlı adınaTeatrın rəhbəri Kamal bəyə, Kəmalı xanıma, eləcə də Romu Restoranının sahibi Damla xanıma təşəkkür edirik. Birliyimiz davamlı, həmrəyliyimiz möhkəm olsun",-deyə vurğulayıb.
Süleyman