AZ

Tramp Fransa mediasında ən populyar şəxslərin reytinqində Makronu geridə qoydu

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə Fransa mediasında adı ən çox çəkilən şəxslərin reytinqinə Donald Tramp başçılıq edib. O, ilk dəfə olaraq Fransanın hazırkı prezidentini qabaqlayıb.

Qaynarinfo "Ouest-France” nəşrinə istinadla xəbər verir ki, 2013-cü ildən bəri hər il "Tagaday" media monitorinq platforması tərəfindən hazırlanan bu reytinqdə indiyə qədər həmişə Fransa prezidenti birinci olub.

Lakin 2025-ci ildə ABŞ prezidentinin adı Fransa mediasının təxminən bir milyon (dəqiq desək, 947 294) materialında qeyd olunub. Yelisey sarayındakı həmkarı (Makron) üçün bu rəqəm 671 125 təşkil edib.

Fransa mediasında ən populyar simaların siyahısında üçüncü yerdə Fransanın artıq keçmiş baş naziri Fransua Bayru qərarlaşıb (o, ötən illə müqayisədə 17 pillə yüksəlib).

İlk onluqda daha üç xarici liderin də adı çəkilir:

• Vladimir Putin (4-cü yer, əvvəl 10-cu idi);

• Volodimir Zelenski (7-ci yer, əvvəl 14-cü idi);

• Benyamin Netanyahu (9-cu yer, əvvəl 12-ci idi).

Top-10 siyahısında yeganə qadın ultra-sağçı "Milli Birlik" partiyasının de-fakto lideri Marin Le Pen olub (2024-cü ildə o, yeddinci yerdə idi).

Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara görə, Fransa prezidenti Emmanuel Makrona olan etimad reytinqi cəmi 11 faiz təşkil edir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
qaynarinfo.az

2Mənbələr