AZ

Ərdoğan: Zəlzələdən zərər çəkən bölgələrdə 455 mindən çox ev tikilib

Operativmedia portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən sonra Türkiyənin cənub-şərq bölgəsində 455 mindən çox ev tikilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş yeni evlərin açarlarının təqdim edilməsi mərasimində bildirib.

Prezidentin sözlərinə görə, baş verən fəlakət nəticəsində 14 milyondan çox vətəndaş zərər çəkib, minlərlə bina dağılıb və ölkə 150 milyard dollardan artıq iqtisadi itki ilə üzləşib.

Ərdoğan qeyd edib ki, hökumət ilin sonunadək zəlzələdən zərər çəkmiş vətəndaşlara 453 min evin açarlarının təhvil verilməsi öhdəliyini götürüb.

“Bu günə qədər 455 min 357 yaşayış və ticarət binasının tikintisi tamamlanıb. Təkcə Hatay vilayətində 153 min 755 yaşayış və ticarət obyekti inşa edilib”, – deyə Prezident vurğulayıb.

Ərdoğan əlavə edib ki, zəlzələ bölgələrinin bərpası prosesi planlı şəkildə davam etdirilir və zərərçəkmiş vətəndaşların təhlükəsiz və dayanıqlı mənzillərlə təmin olunması dövlətin əsas prioritetlərindəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
6
operativmedia.az

10Mənbələr