AZ

Bu şəxslər layiqli cəza alacaqlar – Partiya sədrindən mühüm açıqlama

Bugünkü reallıq ondan ibarətdir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və dəstəsinin ifşa edilməsindən sonra dağıdıcı müxalifət təlaş içindədir. Bəzi partiya sədrləri anlaqsız vəziyyətdə anormal çıxışlar edir, dezinformasiya xarakterli açıqlamalar verirlər.

Xüsusilə də AXCP sədri Əli Kərimli bütün günü sosial şəbəkələrdə Ramiz Mehdiyevlə bağlı ziddiyyətli fikirlər səsləndirir, videolar paylaşır. Bununla o Ramiz Mehdiyevlə əlaqələrinə dair mövcud faktları şübhə altına almağa çalışır.

Lakin ortada olan sənədlərlə sübuta yetirilir ki, Ramiz Mehdiyevin dövlət çevrilişi məqsədilə yaratdığı 50 nəfərdən ibarət “Dövlət Şurası”nın tərkibində yer alan müxalifət nümayəndələrinin arasında Əli Kərimlinin adı ön sırada yer alır. Ona görə də, uzun müddət Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləmiş Ramiz Mehdiyev, Əli Kərimli və onların himayə etdiyi digərlərinə qarşı mübarizəyə başlanılıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, Mehdiyev bütün bunları təkbaşına etməyib:

“Burada böyük bir mütəşəkkil dəstə fəaliyyət göstərib, şəbəkə təşkil edilib. Həm dövlət, həm də cəmiyyət bu şəbəkənin qeyri-qanuni və dövlət əleyhinə hərəkətlərindən əziyyət cəkib. Ona görə də indi baş verənləri cəmiyyət diqqət mərkəzində saxlayır”.

“Ramiz Mehdiyevin dövlətin bütün strukturlarında təsir obyektləri mövcud olub. Bu şəbəkə hər yerə əl uzadıb və mütəşəkkil dəstə kimi fəaliyyət göstərib. Ölkə daxilində yaradılan monopoliya həm iqtisadi, həm də siyasi inkişafa mane olub. Çox güman ki, istintaqın gedişində bütün sirlər açılacaq. Beləliklə, Ramiz Mehdiyev, Əli Kərimli və onların ətrafında olan, dövlətçiliyə təhlükə saçan digərləri layiqli cəzalarını alacaqlar”, – partiya sədri vurğulayıb.

Seçilən
34
nocomment.az

1Mənbələr