AZ

Biləsuvarda yol qəzası: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Biləsuvar, 27 dekabr, İlkin Adıyev, AZƏRTAC

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

18:44

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib. Belə ki, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarından aşıb və su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

Seçilən
61
azertag.az

1Mənbələr