ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real” (Madrid) qapıçısı Tibo Kurtua 2025-ci il ərzində 174 seyv edərək Avropanın top-5 liqasında çıxış edən qolkiperlər arasında ən yüksək göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Belçikalı qapıçı bu statistikası ilə komandası üçün həlledici fiqurlardan biri olduğunu bir daha sübut edib.
Tibo Kurtua peşəkar karyerası ərzində “Genk”, “Atletiko”, “Çelsi” kimi klublarda çıxış edib.
O, 2018-ci ildə Londonun “Çelsi” klubundan “Rea” (Madrid) transfer olunub.
Kurtua uzun illərdir Belçika millisinin də əsas qapıçısı hesab olunur və dünya futbolunun ən güclü qolkiperlərindən biri sayılır.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.