AZ

XSİ lideri: Almaniya Silahlı Qüvvələrinin Ukraynaya göndərilməsini müzakirə etmək hələ tezdir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Xristian-Sosial İttifaqının (XSİ) Bundestaqdakı torpaq qrupu lideri Aleksander Hofman Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) Ukraynada mümkün sülhməramlı missiyada iştirakı məsələsinin müzakirə etməyin hələ tez olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Hofman bunu DPA agentliyinə açıqlamasında deyib.

“Almaniya və Avropa öz köməyini göstərəcək, lakin indi qoşunlar mövzusunu müzakirə etməyin vaxtı deyil”, - deyə qeyd edib. O, eyni zamanda “arabanı atın qabağına qoşmaq lazım deyil” deyə vurğulayıb.

Dekabrın 26-da Hofmanın partiyadaşının — Avropa Xalq Partiyasının və Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veberin (XSİ) — Almaniya hərbçilərinin Avropa bayrağı altında Ukraynada sülhün təmin olunmasında iştirakını dəstəklədiyini bildirilmişdi.

Rusiya NATO ölkələrinin hərbçilərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxır. Dekabrın 17-də keçirilən brifinqdə Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynada Qərb kontingentlərinin yerləşdirilməsinə qarşı mövqeyinin ardıcıl və hamıya məlum olduğunu qeyd edib. Avqustun 21-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinin “Ukrayna ərazisinin hər hansı bir hissəsinə xarici hərbi müdaxilə” yolu ilə təmin edilməsi Rusiya üçün qəbuledilməzdir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
bizimyol.info

1Mənbələr