Neymar əməliyyat olunub. Məlumatı “Santos” yayıb.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı hücumçunun medial meniskin cırılması səbəbilə artroskopiya əməliyyatı keçirdiyi bildirilib. Əməliyyat uğurlu alınıb və Neymarın hazırkı vəziyyəti yaxşıdı. O xəstəxanadan buraxılandan sonar reabilitasiya prosesinə başlayacaq.
Xatırladaq Neymar noyabr ayında San Paulu şəhərində tibbi müayinədən keçmiş və onda menisk zədəsi aşkarlanmışdı. Buna baxmayaraq, Braziliya çempionatının 37-ci turunda “Juventude”yə qarşı oyunda (3:0) meydana çıxaraq 3 qol vurmuşdu. Həmin qələbə “Santos”un A seriyasında qalmasını təmin etmişdi.
Neymar mövsüm ərzində ölkə çempionatnda 28 oyunda iştirak edib və 11 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta