AZ

Zelenski: Danışıqlarda 5 əsas məsələ gündəmə gələcək

Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb.

“İki sahil”  "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bunu jurnalistlərlə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, hazırda Ukraynanın ikitərəfli müzakirə xətti var və danışıqlarda 5 əsas məsələ gündəmə gələcək: Ukrayna-ABŞ təhlükəsizlik zəmanətləri, Ukrayna-Avropa təhlükəsizlik zəmanətləri; hərbi istiqamət, rifah və bərpa planı (Zelenskinin sözlərinə görə, bərpa planı çərçivəsində bir neçə sənəd hazırlanması nəzərdə tutulur), ardıcıl fəaliyyət planı. "Yəni biz addım-addım təklif etmək istəyirik ki, qeyd etdiyim bütün planlar real işləsin. ABŞ tərəfi, şübhəsiz ki, bütün bunları Rusiya tərəfi ilə də müzakirə edəcək və bizə geri dönüş edəcəklər", – Zelenski deyib.

Qeyd edək ki, dekabrın 28-də Tramp Zelenskini Florida ştatındakı Mar-a-Laqo iqamətgahında qəbul edəcək.

Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, iqtisadiyyat naziri Oleksiy Sobolev, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Prezident Ofisinin rəhbərinin müşaviri Aleksandr Bevz və Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.

Məlumata görə, Zelenski Tramp ilə görüşdə sülh planı üzrə əsas fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyir. Ukrayna Prezidenti açıq şəkildə qeyd edib ki, danışıqlar zamanı mütləq ərazi məsələləri gündəmə gələcək. Xüsusilə tərəflər Donbası və Zaporojye AES-i müzakirə edəcəklər.

Seçilən
9
3
ikisahil.az

4Mənbələr