Bakı. Trend:
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylıkəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi başverib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regionalqrupundan Trend-əbildirilib ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minikavtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.