BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:16-da baş verib.
Bildirilib ki, zəlzələnin ocağı yerin 5,48 kilometr dərinliyində yerləşib. İlkin məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.