AZ

Bağçadan uzaqlaşan uşağı oğurlamaq istəyiblər?VİDEO

Baxçadan aralaşan və nəzarətsiz şəkildə xeyli məsafə qət edən uşağı oğurlamaq istədilər... Avtobus sürücüsü və ətrafdakıların köməkliyi ilə uşaq ailəsinə təhvil verildi...

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 211 nömrəli marşut xəttində avtobus sürücüsü işləyən Asif Allahverdiyev iş başında ikən əlində oyuncaq maşın olan, təxminən 3 yaşlı bir uşağın ərazidə oynadığını görüb. Uşaq üçün təhlükə olduğunu anlayan Asif və digər avtomobilin sürücüsü onun kimliyini dəqiqləşdirmək üçün idarə etdikləri nəqliyyat vasitələrini saxlayıblar.

Asif Allahverdiyev dərhal polisə məlumat verib. Məlum olub ki, uşağın valideynləri də onu axtarırlar.

Sürücü uşağın qorxu və həyəcanını azaltmaq üçün də müxtəlif üsullara əl atıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
xezerxeber.az

1Mənbələr