AZ

“mygov”da fərdi məlumatlar buna əsasən emal olunur

“mygov” platforması vətəndaşlara fərdi məlumatları üzərində tam nəzarət imkanı vermək məqsədilə rəqəmsal razılıq mexanizmini tətbiq edir.

“Qafqazinfo” xəbər verir ki, platformada fərdi məlumatların emalı və paylaşılması yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və vətəndaşın açıq razılığına əsaslanır.

Platformaya inteqrasiya olunmuş şirkətlər vətəndaşın razılığı olmadan onun məlumatlarını əldə edə bilməz. Vətəndaşın verdiyi razılıqlar “mygov” tərəfindən heç bir halda dəyişdirilmir və razılıqların verilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi yalnız vətəndaşın özü tərəfindən həyata keçirilir.

Vətəndaşlar platformaya inteqrasiya olunmuş bütün şirkətləri görə, hansı məlumatların hansı şərtlərlə sorğulana biləcəyini əvvəlcədən öyrənə və verdikləri razılıqları istənilən vaxt idarə edə və ya ləğv edə bilirlər. Vətəndaşlar fərdi məlumatlarla bağlı edilən bütün sorğular barədə bildiriş alırlar və əməliyyatların tarixçəsini izləyə bilirlər.

Vətəndaş razılığı ləğv edildikdə, hər hansı şirkət məlumat sorğusu etdikdə platforma vasitəsilə vətəndaşa bildiriş göndərilir. Vətəndaş həmin bildiriş əsasında beş dəqiqə ərzində məlumat mübadiləsinə razılıq verə bilər. Bu müddət ərzində razılıq verilmədikdə şirkət tərəfindən məlumatların əldə edilməsi texniki olaraq mümkün olmur.

Seçilən
70
2
publika.az

3Mənbələr