İngiltərə Premyer Liqasının 18-ci turunun oyunları davam edir.
Ölkə.az xəbər verir ki, Londonda "Arsenal" "Brayton"u qəbul edib.
Matçda ev sahibi komandanın oyunçuları 2:1 hesablı qələbəni qeyd ediblər.
Bu nəticə sayəsində "Arsenal" 42 xalla turnir cədvəlindəki liderliyi "Mançester Siti"dən geri alıb. "Brayton" isə 24 xalla 9-cu yerdədir.
Turun digər qarşılaşmasında "Liverpul" doğma meydanda "Vulverhempton"u sınağa çəkib. Mersisayd klubu matçı 2:1 hesabı ilə qazanıb və 32 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. Onun rəqibi isə 2 xalla 20-ci yerdədir.(oxu.az)