AZ

Arsenal və Liverpul dan qələbə

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 18-ci turunun oyunları davam edir.

Redaktor.az xəbər verir ki, Londonda "Arsenal" "Brayton"u qəbul edib.

Matçda ev sahibi komandanın oyunçuları 2:1 hesablı qələbəni qeyd ediblər.

Bu nəticə sayəsində "Arsenal" 42 xalla turnir cədvəlindəki liderliyi "Mançester Siti"dən geri alıb. "Brayton" isə 24 xalla 9-cu yerdədir.

Turun digər qarşılaşmasında "Liverpul" doğma meydanda "Vulverhempton"u sınağa çəkib. Mersisayd klubu matçı 2:1 hesabı ilə qazanıb və 32 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. Onun rəqibi isə 2 xalla 20-ci yerdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
5
redaktor.az

6Mənbələr