Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin sayı artıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində daha 2 sərnişin həlak olub, beləliklə, ölənlərin sayı dörd nəfərə çatıb. Daha 7 nəfər isə yaralanıb.
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.
"Far.Az" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
İlkin məlumata görə, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Ölü sayının artacağı istisna edilmir.