AZ

İstanbulda mikroavtobusun aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin sayı artıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində daha 2 sərnişin həlak olub, beləliklə, ölənlərin sayı dörd nəfərə çatıb. Daha 7 nəfər isə yaralanıb.

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.

"Far.Az" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

İlkin məlumata görə, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Ölü sayının artacağı istisna edilmir.

Seçilən
31
far.az

1Mənbələr