“Əl-Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti dəfə diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu çempionatın 11-ci turu çərçivəsində “Əl-Ohud”a qarşı keçirilən oyunda 2 qol vurub. Ronaldo əvvəlcə 32-ci dəqiqədə hesabı açaraq komandasını önə çıxarıb. Ardınca qısa müddət sonra yenidən fərqlənən 39 yaşlı futbolçu özünün və komandasının ikinci qoluna imza atıb.
İlk hissə “Əl-Nəsr”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, bu dublla Ronaldonun klublar və Portuqaliya milli komandası ilə birlikdə vurduğu qolların ümumi sayı 956-ya çatıb.
Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
“Beşiktaş”ın borcu açıqlanıb
“Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi
İlin ən çox qazanan futbolçuları - TOP-10
Peres Zidanı “Real”a qaytarmaq istəyir