AZ

Vaşinqtondakı tarixi FTB qərargahı bağlanıb

ain.az, Ayna portalına istinadən məlumat yayır.

"20 ildən çox uğursuz cəhdlərdən sonra FTB-nin Hoover qərargahını birdəfəlik bağlamaq üçün plan hazırladıq”

FTB direktoru Kaş Patel FTB-nin tarixi Vaşinqton qərargahının bağlandığını elan edib, lakin yeni ofis hələ seçilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, büronun bütün heyəti bir vaxtlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən istifadə edilən J. Edgar Hoover binasından yeni bir ofisə köçəcək.

"20 ildən çox uğursuz cəhdlərdən sonra FTB-nin Hoover qərargahını birdəfəlik bağlamaq və işçilərini təhlükəsiz, müasir bir müəssisəyə köçürmək üçün bir plan hazırladıq", Patel deyib.

O bu addımın vergi ödəyicilərinin puluna qənaət edəcəyini və Federal Təhqiqat Bürosunun tələblərinə daha yaxşı cavab verəcəyini söyləyib.

Tənqidçilər 1975-ci ildə brutalist üslubda tikilmiş FTB binasının tərk edilmiş və büro işçiləri üçün həddindən artıq sıx hesab edildiyini söyləyirlər. Lakin qərargahın köçürülüb-köçürülməyəcəyi və hara köçürüləcəyi ilə bağlı müzakirələr illərlə uzandı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
ayna.az

1Mənbələr