AZ

"Üç vacib xalı qazandıq"

“Arsenal”ın yarımmüdafiəçisi və kapitanı Martin Odeqard İngiltərə Premyer Liqasının 18-ci turunda “Brayton”a qarşı qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, norveçli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Matçın sonlarında çətin anlar yaşadıq, amma ümumilikdə yaxşı oyun sərgilədik. İlk dəqiqələrdən üstün idik, matçın sonlarına yaxın rəqib bir az üstünlük qazandı, amma vacib 3 xalı əldə etdik.”

Qeyd edək ki, bu gün keçirilən qarşılaşmada Odeqard komandasının ilk qoluna imza atıb. Bu qələbə ilə “Arsenal” Premyer Liqada 42 xalla yenidən turnir cədvəlinin birincisi olub.

Seçilən
38
90deqiqe.az

1Mənbələr