AZ

Mətin Yolçiyev yüksək vəzifəyə təyin olundu

Mətin Yolçiyev Bakı Fond Birjasının İdarə Heyətinin üzvü təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Mətin Yolçiyev Bakı Fond Birjasının Baş Əməliyyat inzibatçısı vəzifəsinə təyin olunub. O 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyət göstərir. Mətin Yolçiyev birjada müxtəlif vəzifələrdə çalışaraq ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik edib, həmçinin Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin edib. Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinin fəaliyyətinə nəzarət edir.

Peşəkar fəaliyyəti dövründə qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlayan Mətin Yolçiyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə alıb. O, hazırda ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə təhsilini davam etdirir./kredit.az

Seçilən
40
nocomment.az

1Mənbələr