AZ

“Bu qolu gözləyirdim, çox şadam”

“Arsenal”ın kapitanı və yarımmüdafiəçisi Martin Edeqor İngiltərə Premyer Liqasının 18-ci turunda “Brayton”a qarşı vurduğu qol barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, norveçli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bu qolu gözləyirdim. Təlimlərdə hücumları tamamlama üzərində çox çalışmışdım, ona görə də çox şadam.”

Qeyd edək ki, bu gün keçirilən qarşılaşma 2:1 hesabı ilə “Arsenal”ın qələbəsi ilə başa çatıb. Bu qol Edeqorun cari mövsümdə Premyer Liqadakı ilk qolu olub.

Turnir cədvəlinə görə, “Arsenal” 42 xalla lider mövqedədir. İkinci yerdə “Mançester Siti” (40 xal), üçüncü yerdə isə “Aston Villa” (36 xal) qərarlaşıb.

Seçilən
37
90deqiqe.az

1Mənbələr