Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü kənd sakini Məmmədov Araz Adil oğlunun idarə etdiyi “QAZ-31” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.