AZ

Sabirabadda avtomobil kanala aşdı - sürücü öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
 

Seçilən
72
8
milli.az

9Mənbələr