AZ

Ürək xəstəliyi olanlara məşhur şirniyyatdan imtina etmələri tövsiyə olunur

Britaniyalı ümumi praktikant Kris Stil ürək dərmanları qəbul edən xəstələrə müraciət edərək qara biyan kökü də daxil olmaqla, bəzi məşhur şirniyyatların qəbulunun həyati təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin izah etdiyi kimi, biyan kökünün tərkibində qlisirrizin var. Bu maddə ürək çatışmazlığı və aritmiyaların müalicəsi üçün təyin edilən digoksin kimi ürək qlikozidləri ilə təhlükəli şəkildə qarşılıqlı təsir göstərir. Bu kombinasiya ürək döyüntülərinin pozulmasına və hətta infarktlara səbəb ola bilər.

Bundan əlavə, biyan kökü bədəndə kalium səviyyəsini aşağı salır ki, bu da digoksin toksikliyini artırır və digitalis intoksikasiyası adlanan təhlükəli bir vəziyyətə səbəb ola bilər. Həmçinin, aritmiya, zəiflik və qıcolma riskini artırdığı üçün diuretiklər və qan təzyiqi dərmanları qəbul edən xəstələr üçün də təhlükəlidir.

Mütəxəssis ürək-damar xəstəlikləri, hipertoniya xəstələri və hər hansı dərman qəbul edənlərə biyan kökü məhsullarını istehlak etməzdən əvvəl həkimə müraciət etmələrini tövsiyə edir. Bu, yalnız konfetlərə deyil, həm də bu təbii ekstraktı ehtiva edən bişmiş məhsullara, müəyyən içkilərə, çaylara və qida əlavələrinə də aiddir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
59
e-saglam.az

1Mənbələr