Bayram öncəsi əhaliyə çağırış edildi
Vətəndaşlar ictimai yerlərdə nizam-intizamla davranmalı, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etməli, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinməlidirlər.Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi bayram öncəsi vətəndaşlara etdiyi çağırışda bildirib. Eləcə də bayram günlərində bölgələrə gedən şəxslərə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilib. Bayram günlərində yaşayış yerlərində azyaşlıların mülki dövriyyəsi qadağan olunan pirotexniki vasitələrdən istifadəsinə də rast gəlinir. Təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr həm insan sağlamlığına, həm də ətraf-mühitə ciddi ziyan vurur. Eləcə də məsul şəxslər məsuliyyətə cəlb olunurlar. Bununla bağlı isə Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.Nazirlik şam və küknar ağaclarının da standartlara uyğun quraşdırlımasını tövsiyə edib.ğ