AZ

Çelsi ni məğlub edən Aston Villa ardıcıl 11 ci qələbəsini qazanıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Aston Villa" İngiltərə futbol çempionatının 18-ci turunda səfərdə "Çelsi" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, qalib komandanın bütün qollarını Ollie Uatkins vurub (63 və 84-cü dəqiqələr), məğlub tərəfdən isə Joao Pedro fərqlənib (37-ci dəqiqə).

"Aston Villa" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini əldə edib. Birminqem təmsilçisi İngiltərə çempionatında 8, Avropa Liqasında isə 3 oyun qazanıb.

Turnir cədvəlində "Aston Villa" 39 xalla 3-cü yerdə qərarlaşıb. "Çelsi" isə 29 xalla 5-ci pillədədir.

Növbəti turda "Aston Villa" səfərdə çempionatın lideri "Arsenal"la (42 xal) qarşılaşacaq, "Çelsi" isə "Bournemouth"u qəbul edəcək. Hər iki oyun 30 dekabrda keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
4
cebheinfo.az

6Mənbələr