AZ

Poçtla məktub göndərmək tarixə qovuşur? - "Sonuncu dəfə Şaxta babaya yazmışam"

Danimarkanın poçt xidməti 400 illik fəaliyyətdən sonra məktubların çatdırılmasını dayandırır.

Səbəb isə rəqəmsallaşma və kağız məktublara kəskin tələbatın azalmasıdır. Bu qərar dünyada poçt xidmətlərinin gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Rəyi öyrənilən vətəndaşlardan bəziləri məktub yazmağın emosiyaları ifadə etməyin ən yaxşı yolu olduğunu desələr də, digərləri artıq ona ehtiyac duyulmadığını bildiriblər.

"Sonuncu dəfə Şaxta babaya məktub yazmışam. Poçtla məktub göndərməyin ləğvi məni narahat etməz", - deyə sakinlərdən biri söyləyib.

Daha ətraflı süjetdə:

Seçilən
56
far.az

1Mənbələr